AZ

Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər buraxıb

Yaponiya dənizinə doğru bir sıra qısa mənzilli ballistik raketlər buraxıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bu buraxılışdan bir həftə əvvəl Pxenyan Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimləri üçün “ağır bədəl ödəyəcəkləri” barədə xəbərdarlıq etmişdi.

Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Komitəsinin məlumatına görə, Şimali Koreya raketi təxminən 350 km uçaraq Yapon dənizinə düşüb. 

NHK telekanalı Yaponiya Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən bildirib ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Sentyabrın 12-də Cənubi Koreya, ABŞ və Yaponiyanın nüvə məsələləri üzrə nümayəndələri telefonla Şimali Koreyanın yaxın mənzilli ballistik raketlərin buraxılışını müzakirə ediblər, Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. Üç tərəf raket buraxılışını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması kimi pisləyib və bunun Koreya yarımadasında və onun hüdudlarından kənarda sülh və sabitliyə ciddi təhlükə yaratdığı barədə razılığa gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
veteninfo.az

1Mənbələr