AZ

Belçikada hava nəqliyyatı iflic oldu



Belçikada hava nəqliyyatı iflic vəziyyətinə düşüb.

Newscenter.az Reuters-ə istinadən bildirir ki, buna səbəb Belçikanın Şarlerua hava limanında tətilin keçirilməsidir.

Belə ki, Belçikanın Şarlerua hava limanında işçilərin tətili səbəbindən bütün reyslər ləğv edilib. Hava limanının rabitə bölməsinin işçiləri bu gün tətilə çıxıb. Bu səbəbdən hva limanına gələn və gedən uçuşlar ləğv edilib.

Hava limanının baqaj, qeydiyyat, yanacaq doldurma və təhlükəsizlik kimi xidmətlərində çalışan işçiləri təmsil edən həmkarlar ittifaqları keçən həftə tətil keçirilə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Dünən isə hava limanının rəhbərliyi sentyabrın 12-də tətil olacağı və xidmətlərdə fasilələr olacağı barədə xəbərdarlıq edib və sərnişinlərdən uçuşların vəziyyətini diqqətlə izləmələrini istəyib.

Hava limanının rəhbərliyi sərnişinlərə yalnız kabin baqajını özləri ilə götürməyi tövsiyə edib.

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
newscenter.az

1Mənbələr