AZ

Vətəndaş şikayəti bankları bağlada bilər

Azərbaycan Mərkəzi Bank (AMB) bu ilin avqust ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini açıqlayıb. 

“Cebheinfo.az” AMB-yə istinadən xəbər verir ki, ötən ay Azərbaycanda ən çox şikayət edilən bank 3.88 indeksi ilə "Yelo Bank" olub. Ən çox şikayət edilən bankların TOP-5-də 3.80 indeksi ilə "Bank of Baku", 2.82 indeksi ilə "Bank BTB", 2.62 indeksi ilə “AccessBank” və 2.56 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” yer alıb. 

Adıçəkilən bankların reytinqinin aşağı düşməsi onlar üçün hansı təhlükələr yarada bilər? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, bankların reytinqinin aşağı düşməsi müştəri itirmələrinə səbəb olacaq: 

“Mərkəzi Bank tərəfindən açıqlanan reytinq cədvəli dəyişkən olur. 

Belə ki, bir neçə aydan bir bankların reytinq cədvəli açıqlanır və hər bank sıralamada müxtəlif pillədə qərarlaşır. O səbəbdən də reytinqin əslində heç bir hüquqi əsası yoxdur. Sadəcə, reytinq cədvəli açıqlandıqda vətəndaşların banklara olan inamı azalır. 

Nəticədə banklar müştəri itirir. Müştəri itirmək də bankların gəlirlərinin azalmasına və müflüs olmasına zəmin yarada bilər. 

Belə olan halda bankların gəlirləri azalır və nəticədə müflüs olaraq bağlanır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
cebheinfo.az

1Mənbələr