AZ

"Siemens" Türkiyə AES üçün avadanlıq tədarük etməyəcək - Rusiyaya görə

Alman şirkəti "Siemens Energy AG” Akkuyu atom elektrik stansiyasını avadanlıqlarla təchiz etməyəcək. Buna səbəb onun Rusiyanın "Rosatom” dövlət korporasiyası tərəfindən inşa edilməsidir.

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Rusiyanın "Rosatam” şirkəti Türkiyədəki ilk atom elektrik stansiyası üçün Çinə alternativ sifariş verib. Buna səbəb Almaniyanın "Siemens Energy AG” şirkətindən tədarüklərin gecikməsidir.

O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Olaf Şoltsa müraciətinə baxmayaraq, gecikmələr həll olunmayıb.

Bayraktar planlaşdırılan tədarükün gecikməsinin Aralıq dənizinin liman şəhəri Mersin yaxınlığında elektrik stansiyasının tikintisinin aylarla gecikməsinə səbəb olduğunu bildirib: "Almaniyanın gecikmə ilə bağlı qənaətbəxş izahat verə bilməməsi layihəyə təsir edib. Bununla belə, "Rosatom" artıq Çinə alternativ sifariş verib".

Nəşrin mənbələrinə görə, söhbət 24 milyard dollar dəyərində olan AES-dən elektrik enerjisini elektrik şəbəkəsinə ötürəcək qazla izolyasiya edilmiş yarımstansiya üçün zəruri olan avadanlıqdan gedir. "Rosatom” şərh verməkdən imtina edib. "Siemens Energy”in sözçüsü şirkətin ixraca nəzarət qanunlarına əməl etdiyini söyləyib. 

Xatırladaq ki, 2010-cu ildə Türkiyə ilə Rusiya arasında Akkuyu atom elektrik stansiyasının tikintisi və istismarı ilə bağlı müqavilə imzalanıb. Eyni zamanda, Rusiya prezidenti Dmitri Medvedev sazişi ratifikasiya edib.

Dörd enerji blokundan birincisi 2023-cü ildə açılıb və bu il istifadəyə verilməlidir. Atom elektrik stansiyası Türkiyənin elektrik enerjisinə olan ehtiyacının 10%-ni təmin etməlidir.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr