Maliyyə Nazirliyi tərəfindən emissya edilən 3 illik dövlət istiqrazları 2023-cü ilin dekabrdakı hərracından bu tərəfə ilk dəfə gəlirliyi azalan dinamika ilə hərəkət edib.
Banker.az xəbər verir ki, 10 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazların orta gəlirlilik dərəcəsi 9.28% olub və bu da sonuncu dəfə keçirlən 27 avqust hərracındakı 9.46%-dən aşağıdır.
Keçən ilin 7 noyabrında hərracında üç illik dövlət istiqrazlarının gəlirliliyi 8.35% olduğu halda, dekabrın 12-də 6.2%-ə qədər kəskin düşmüşü. Həmin tarixdən 2024-cü ilin avqustuna qədər yalnız artan dinamika ilə yüksəlib.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201070239 |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Buraxılış həcmi | 120,000,000 manat |
Nominal dəyəri | 100 manat |
Minimal qiymət | 91.3050 (10.9800%) manat |
Maksimal qiymət | 96.6365 (8.8000%) manat |
Kəsmə qiyməti | 94.6609 (9.5900%) manat |
Ortaçəkili qiyməti | 95.4279 (9.2809%) manat |
Reallaşdırılmış həcmi | 180,000,000 manat |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 238,709,800 manat |
İnvestor sayı | 23 |
Sifarişlərin sayı | 68 |
Ödəmə tarixi | 07.09.2027 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |