AZ

“Formula-1” ilə əlaqədər 12 avtobusun hərəkəti dəyişib

Formula-1 üzrə “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq. Bununla əlaqədar aşağıdakı marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir.

Banker.az xəbər verir ki, bununla əlaqədar aşağıdakı marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir.

Dəyişikliyə əsasən:

𝟭 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “Neftçilər” m.st.)
𝟮 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “Dərnəgül” m.st) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi,daha sonra öz hərəkət sxemi üzrə;
𝟰 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “Xətai” m.st.)Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
𝟱 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” m.st. – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək
𝟲, 𝟭𝟬, 𝘃ə 𝟮𝟬𝟱 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutları (istiqamət: “İçərişəhər” m.st.) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
𝟒𝟔 𝐧ö𝐦𝐫ə𝐥𝐢 avtobus marşrutu (istiqamət: “Əhmədli” m.st.) və 𝗛𝟭 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
𝟴𝟴 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “28 May” m.st.) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
𝟭𝟮𝟱 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “28 May” m.st.) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, “28 Mall” t/m) əhatə edəcək.

𝟭𝟰𝟵 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
banker.az

10Mənbələr