AZ

Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb


Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq.

Abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
49
anews.az

10Mənbələr