AZ

“Ölkəsinə vətəndaşlıq edə bilməyənlərin…” – Mehriban Ələkbərzadədən qalmaqallara cavab

“Qalmaqallara mən cavab vermirəm. Onlara işimlə cavab verirəm. Qərəzlidirlər. Onların qərəzi işlə bağlıdır. 6 ay qabaq olan məsələləri indi qaldırırlar. Ölkəsini tərk edib getmişlərin, ölkəsinə vətəndaşlıq edə bilməyənlərin cavabını işimlə verirəm”.

Bu sözləri TNS-yə açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə deyib.Mehriban Ələkbərzadə onu da bildirib ki, teatrın uğur qazanması üçün çalışır:

“İlk dəfə idi ki, teatr komandası Sankt-Peterburqda – Aleksandrinski Teatrına gedirdi. Bu Azərbaycan teatr tarixində ilk dəfə idi. Biz Hüseyn Cavid yaradıcılığını Rusiyaya apardıq. Klassik yazarımızın tanınmasına xidmət edən addım idi. İki gün premiyera anşılaqla keçdi. Aleksandrinski Teatrının prezidenti, Xalq artisti Valeri Fokin çox gözəl rəy verdi. Biz Azərbaycan teatrının tanıtımını etdik. Son 40 ildə belə bir hadisə olmamışdı. Bu uğurlu bir hadisədir. Akademik Milli Dram Teatrı olaraq Azərbaycan mədəniyyətinə töhfə verdik”.

Qeyd edək ki, aktyor Corc Qafarov Mehriban Ələkbərzadə tərəfindən təhqir edildiyi üçün teatrdan getdiyini açıqlayıb.Rejissor Əlif Cahangir də Akademik Milli Dram Teatrında yaşanan qalmaqal barədə video yayıb.

Seçilən
29
dergi.az

1Mənbələr