AZ

Ronaldu karyerası ərzində 48-ci yığmaya qol vurdu

 

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 48-ci yığma komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bunu Millətlər Liqasında Şotlandiyaya qarşı oyunda reallaşdırıb.

 

Qarşılaşmanın 7-ci dəqiqəsində hesabda geri düşən Portuqaliya yğması sonradan 2 qol vuraraq əzmkar qələbə qazanıb. Qollardan birini məhz "Əl-Nəsr"in ulduzu 88-ci dəqiqədə rəqib qapısından keçirib.

 

Bu onun karyerasında 901-ci qol olub.

 

Qeyd edək ki, Portuqaliya - Şotlandiya matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
33
sfera.az

10Mənbələr