Özbəkistanın paytaxtı Daşkənddə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Mərkəz bildirib ki, Daşkəndin Mirzo-Uluqbek rayonunda zəlzələ baş verib.
Agentliyin məlumatına görə, zəlzələ yerli vaxtla saat 6 radələrində baş verib, maqnitudası 3,6, dərinliyi isə 10 km olub.