AZ

Qəzzada ölənlərin sayı 41 min nəfərə yaxınlaşıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2023-cü ilin oktyabrından İsrail və Fələstin arasında münasibətlər kəskinləşdikdən sonra Qəzza zolağında keçirilən hərbi əməliyyatlar nəticəsində bu günə qədər həlak olan fələstinlilərin sayı 41 min nəfərə yaxınlaşıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.
İndiyədək Qəzza zolağında ölənlərin sayı 40 972 nəfərə, yaralananların sayı isə 94 761 nəfərə çatıb.
"Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması nəticəsində 33 fələstinli həlak olub, 145 nəfər yaralanıb" , - məlumatda bildirilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
2
oxu.az

10Mənbələr