AZ

Mourinyu serb ulduzu "Fənər"ə gətirir - SON DURUM

Joze Mourinyulu "Fənərbağça" "Yuventus"un futbolçusu Filip Kostiçi transfer etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, tərəflər danışıqlara başlayıb və İstanbul təmsilçisinin baş məşqçisi serb oyunçunu "Fənər"ə keçməyin doğru qərar olduğuna inandırmağa çalışır.

Qeyd edək ki, 31 yaşlı Kostiçin "Yuventus"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 6,5 milyon avro ilə dəyərləndirir.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
fanat.az

1Mənbələr