AZ

Kupyanskinin atəşə tutulması nəticəsind 66 yaşlı qadın yaralanıb

"Sentyabrın 8-də saat 12:00 radələrində Rusiya hərbçiləri Kupyansk (Xarkov) şəhərini atəşə tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğu “Telegram”da məlumat yayıb.

Bildirilib ki, hücum zamanı çöldə olan 66 yaşlı qadın partlayış nəticəsində xəsarət alıb. Zərərçəkmiş xəstəxanaya aparılıb.

O da qeyd olunur ki, şəhərin atəşə tutulması nəticəsində yaşayış binaları zədələnib, qaz xətti sıradan çıxıb. İlkin məlumatlara görə, Rusiya qoşunları şəhəri artilleriya atəşinə tutub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
ikisahil.az

1Mənbələr