AZ

Premyer Liqa klubu avqustda transfer etdiyi əcnəbini göndərdi - SON DƏQİQƏ

"Kəpəz" rəhbərliyi islahatlara start verib.

Adil Şükürovu baş məşqçi vəzifəsindən uzaqlaşdıran və Azər Bağırova güvənən gəncəlilər onun təqdimatı əsasında fəaliyyətə keçib.

Yeni çalışdırıcının raportuna əsaslanan “sarı-göylər” komandanı “artıq-artuq” oyunçulardan təmizləməyə başlayıb. Avqustun 22-də düşərgəyə cəlb olunan Keverton Resende Markolino ilə yolların ayrılması lazım bilinib.

23 yaşlı yarımmüdafiəçi ilə imzalanmış "1+1" illik müqavilə pozulub.

Son olaraq vətənində "Hersilio Luz"un şərəfini qorumuş “sambaçı” məşqlərdə özünü pis göstərdiyi üçün Bağırovun etimadını tez itirib.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
sportinfo.az

1Mənbələr