AZ

"Fənərbaxça" və "Beşiktaş"da oynayan basketbolçunu maşın vurub

Türkiyəli basketbolçu İlkan Karaman bədbəxt şəkildə dünyasını dəyişib.

İdman.biz xəbər verir ki, 34 yaşlı basketbolçunu avtomobil vurub.

Maşın yol kənarında dayanan Karamana dəyib və o, hadisə yerindəcə həyatla vidalaşıb. İlkan karyerası ərzində "Tofaş", "Karşıyaka", "Fənərbaxça" və "Beşiktaş" kimi klublarda çıxış edib.

Qeyd edək ki, Karaman 2012-ci ildə "Bruklin Nets" tərəfindən 57-ci nömrədən draft olumuşdu. Amma İlkay NBA-da oynamaq şansı qazanmamışdı.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
idman.biz

1Mənbələr