AZ

Türkiyə millisinin sabiq üzvü qəzada öldü


Türkiyə basketbol millisinin sabiq üzvü İlkan Karaman yol qəzası nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Karamana səkidə dayanarkən sərxoş sürücü tərəfindən idarə olunan avtomobil çırpılıb.
Nəticədə o, avtomobilin altında qalıb və hadisə yerində dünyasını dəyişib.
34 yaşlı sabiq milli basketbolçu “Pınar Karşıyaka”, “Fənərbaxça” və “Beşiktaş”da çıxış edib. Karaman 2013 Avropa Basketbol Çempionatının seçmə mərhələsində Türkiyə yığmasının heyətində də yer alıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
4
yeniavaz.com

4Mənbələr