AZ

Yunis Hüseynov: "Onlar daha çox hücuma aludə olacaqlar ki, bundan yararlanmaq lazımdı"

"Slovakiya millisi olduqca güclü rəqibdi. Onların Estoniyaya qarşı oyununu izlədim. Hücumda kəsərli və təhlükəlidirlər". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.
 
Təcrübəli mütəxəssis Slovakiya - Azərbaycan oyununun startına saatlar qalmış şansları dəyərləndirib: "Slovakiya da qrupdakı ilk oyunda bizim kimi çoxlu qol imkanları yaratsalar da, cəmi birində istifadə edə bildirlər. Bu gün onlar doğma publika qarşısında oynayır və ilk dəqiqlərdən erkən qol axtarışında olacaqlar. Odur ki, meydan sahibləri xoşbəxtliyi rəqib qapısı önündə axtaracaqlar. müdafiədə boşluq verməməliyik. İsveçlə oyunda gördük ki, komandamızın sürətli hücumlar təşkil etmək potensialı artıb. İndi bu potensialı əks-hücumlarda məharətlə istifadə edib fərqlənməliyik. Slovaklar çalışacaqlar meydanda diqtə edən tərəf olsunlar. Onlar daha çox hücuma aludə olacaqlar ki, bundan yararlanmaq lazımdı".
 
Qeyd edək ki, bu gün baş tutacaq Slovakiya - Azərbaycanın matçının start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. 
Bu sözləri Sport24.az - a açıqlamasında Yunis Hüseynov deyib. ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sport24.az

1Mənbələr