AZ

Kapello A Seriyasında yeni mövsümü qiymətləndirdi

Məşhur italyan mütəxssis Fabio Kapello 2024/2025-ci illər mövsümündə İtaliya A Seriyasında qalibiyyət uğrunda mübarizədən söhbət açıb.

Arena.az “fcinter1908.it” saytına istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikrini diqqətinizə çatdırır:

“Skudettonu kim qazanacaq? “İnter” hamıdan çox öndədir. Mən “Napoli”yə də diqqət yetirərdim. Onlar Romelu Lukakunun keçidindən sonra maraqlıdırlar. İlk iki oyundan sonra Turin “Yuventus”unu bəyəndim, amma indi onların istiqamətində təxminlər verməkdə daha təmkinliyəm”, deyə Kapello vurğulayıb.

İlk 3 turdan sonra “İnter” və “Yuventus” hər biri 7 xalla İtaliya A Seriyasının yarış cədvəlində müvafiq olaraq 1-ci və 2-ci pillələrdə qərarlaşıblar. “Napoli” isə 6 xalla 6-cı pillədə yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
arena.az

1Mənbələr