AZ

Kostiç İstanbul nəhənginə keçə bilər

"Yuventus"un yarımmüdafiəçisi Filip Kostiç Türkiyə Superliqasında çıxış edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O serbiyalı cinah oyunçusunun xidmətində "Fənərbağça" və "Qalatasaray" maraqlı olduğunu lakin “Fənərbağça”nın artıq yarımmüdafiəçisinin mümkün transferi ilə bağlı danışıqlar apardığını qeyd edib. 31 yaşlı futbolçu İstanbul klubunda icarə əsasında çıxış edəcəyi gözlənilir.

Yarımmüdafiəçi 2022-ci ildən "Yuventus"da çıxış edir. O, ötən mövsüm klubda 33 oyun keçirib, 4 məhsuldar ötürmə edib. Yeni mövsümdə serb heç vaxt meydana çıxmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
31
90deqiqe.az

10Mənbələr