AZ

Cəlilabadda iki azyaşlının olduğu evdə yanğın başlayıb

Cəlilabad rayonunda evdə yanğın başlayıb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.

Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
26
olke.az

10Mənbələr