AZ

Tərlan Cavadov azyaşlıyla cinsi münasibətdə olduğu üçün həbs edilib - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham olunduğu məlum olub.

"Report"un əldə etdiyi xəbərə görə, T.Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə olmaqda təqsirləndirilir.

Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub. Polis tərəfindən müraciət dərhal araşdırılıb və T.Cavadov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 152-ci (altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib.

Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə yetirmələr hazırlayır.

***

Tanınmış karate müəllimi Tərlan Cavadov həbs edilib.

“Ölkə.az” Oxu.Az-a istinadən xəbər verir ki, o, Yasamal Rayon Polis İdarəsinə aparılıb.

Onun tələbəsi ilə insident yaşadığı üçün saxlanıldığı deyilir.

Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə tələbə hazırlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
27
olke.az

10Mənbələr