AZ

Azərbaycan minifutbolu tarixində ilk: Komandamız Çempionlar Liqasının finalında

Azərbaycanın minifutbol üzrə "Birbaşa" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanıb.

Prosport.Az xəbər verir ki, həlledici mərhələyə gedən yolda "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibini penaltilər seriyasında (4:3) məğlub edib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Digər yarımfinalda BKMK (Çexiya) "Orteqa Tvins"ə (İspaniya) 1:0 qalib gəlib.

Qeyd edək ki, “Birbaşa” ilə BKMK arasında final görüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
28
prosport.az

10Mənbələr