AZ

İstanbul nəhənglərinin AL-i qazanmaq şansı nə qədərdi?

Məlum olduğu kimi hər üç İstanbul nəhəngi bu mövsüm Türkiyəni Avropanın ən güclü 2-ci klub turniri sayılan Avropa Liqasında təmsil edəcək. Bu arada bu turnirin favoritləri açıqlanıb.

Yəni komandaların AL-də qələbəyə olan əmsalları məlum olub. Həmin əmsala əsasən favorit ''Tottenhem''di. ''Qarabağ''ın rəqiblərindən biri olan London klubunun çempionluq əmsalı 5,20-yə bərabərdi. Premyer-liqanın digər nəhəngi ''Mançester Yunayted'' 5,60 əmsalla ikinci pillədə qərarlaşıb. Üçüncü pillədəki ''Roma''nın əmsalı isə 8,40-a bərabərdi.

İstanbul nəhənglərinə gəlincə, həm ''Fənərbaxça'', həm də ''Qalatasaray''ın çempionluğuna 19,00 əmsal verilib. Bu klublar ''Ayntraxt'', ''Lion'' və ''Nitsa'' ilə birlikdə favoritlər arasında 8-12-ci pillələri bölüşdürür.

''Beşiktaş''ın qələbəsinə isə 35,00 əmsal verilib. ''Qartal'' ''Braqa'' ilə birlikdə favoritlər arasında 17-18-ci pillədə qərarlaşıb.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
football-plus.az

1Mənbələr