AZ

“Kəpəz” böyük klubdu, məcburuq ki, onun adına uyğun nəticələr qazanaq” – Vurğun Hüseynov

“Kəpəz”də yaranan xaos gəncəli azarkeşləri ümidsizliyə qərq edib. Yeni baş məşqçi Azər Bağırova inananlar çox olsa belə, qısa müddətdə geridönüş yalnız möcüzə olar. Yeni baş məşqçiyə də müəyyən zaman lazımdı.

Bəs “Kəpəz”in düşərgəsində durum necədi? Komandanın kapitanı Vurğun Hüseynov “Football-plus.az”a açıqlama verib:

“Düşünürəm ki, milli fasilə bizim xeyrimizə olacaq. Çünki yeni baş məşqçinin iastəklərini hazırda daha dərindən öyrənirik. Təbii ki, düşərgədə ab-hava yaxşı deyil. 5 oyunda məğlub olmuşuq, çalışırıq ki, toparlanaq. Başqa yolumuz da yoxdu. “Kəpəz” böyük klubdu, məcburuq ki, onun adına uyğun nəticələr qazanaq”.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
football-plus.az

1Mənbələr