AZ

"Mançester Yunayted"in Antoni qərarı

"Mançester Yunayted" futbolçusu Antoninin gələcəyi ilə bağlı qərarını verib.

Sportnet.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

Klub 24 yaşlı cinah oyunçusunu satmağı düşünür. “Qırmızı şeytanlar” braziliyalı futbolçunu almaq istəyən klublardan 40 milyon funt-sterlinq (47,3 milyon avro) tələb edəcək.

Antoni ilə "Nyukasl" yaxından maraqlanır. Komandanın baş məşqçisi Eddi Hou onun bacarığını yüksək qiymətləndirir və komanda üçün güc olacağına inanır.

Qeyd edək ki, Antoni 2022-ci ilin yayında "Ayaks"dan "Mançester Yunayted"ə keçib.

Hücumçu 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 83 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
10
sportnet.az

10Mənbələr