AZ

Ətraf mühiti çirkləndirənlər cəzalandırılıb – FOTO

Qəbələdə ətraf mühitin mühafizəsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Medianews.az-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara məişət tullantılarının və tütün məmulatlarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, eləcə də istirahət mərkəzlərinin zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması aşkar edilib ki, polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumun əməkdaşları tərəfindən aradan qaldırılıb.

Bu istiqamətdə tədbirlər mütəmadi davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
31
medianews.az

10Mənbələr