AZ

Türkiyədə 19 gündür axtarılan səkkiz yaşlı Narinin meyiti tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə Diyarbakırın Bağlar mahalının Tavşantəpə rayonunda itkin düşən Narin Güranın meyiti tapılıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlayıb.
"Təəssüflər olsun ki, Diyarbakırın Bağlar mahalı Tavşantəpə rayonunda itkin düşən Narin qızımızın cansız bədəni jandarma qruplarımız tərəfindən tapıldı. Narin qızımıza Allahdan rəhmət diləyirəm. Məkanı cənnət olsun", - nazir "X"də yazıb.
Qeyd edək ki, Narin Güran avqustun 21-dən axtarışda idi.
Onun əmisi istintaq çərçivəsində saxlanılaraq sentyabrın 2-də həbs edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
46
oxu.az

10Mənbələr