AZ

"Atletik"in sabiq yarımmüdafiəçisi Argentina klubunda

Ötən mövsümün sonunda İspaniya klubundan ayrılan "Atletik"in sabiq yarımmüdafiəçisi İker Munyayin Argentinanın "San Lorenso" klubunun futbolçusu olub. Matc.az xəbər verir ki, Cənubi Amerika klubunun mətbuat xidməti rəsmi saytında məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, Munyayin "Atletik"in yetirməsidir. O, 2009-cu ildə əsas komandada oynamağa başlayıb. Ümumilikdə İker doğma klubu üçün bütün turnirlərdə 560 oyun keçirib, 76 qol vurub və 70 məhsuldar ötürmə verib. "Transfermarkt" internet portalı oyunçunun bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
matc.az

1Mənbələr