AZ

DİM bu gün 500-ə yaxın şagird üçün əlavə imtahan keçirir

Bakı. Trend:

Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildəkeçirilmiş buraxılış imtahanlarına üzrlü səbəbdən qatıla bilməyən9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasındaimtahan verənlər üçün əlavə imtahanlar təşkil edir. Bununla yanaşı,Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyənşagirdlər də bu imtahanda iştirak edəcəklər.

DİM-in Trend-əverdiyi məlumata görə, Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərindəkeçirilən imtahanlar üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahanrəhbəri, 51 nəzarətçi, 7 mühafizə əməkdaşı və 6 bina nümayəndəsitəyin olunub.

İmtahanlar saat 10:00-da başlayır və buraxılış rejimi 09:45-dəbitir. Bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasınaburaxılmayacaq. İştirakçıların imtahan binasına rahat daxil olabilmələri üçün fərqli vaxtlar təyin edilib və bu vaxtlar buraxılışvərəqələrində qeyd olunub. Şagirdlərin buraxılış vərəqəsindəgöstərilən vaxtda gəlməsi tövsiyə olunur.

İmtahanda iştirak etmək üçün şagirdlər aşağıdakı sənədləritəqdim etməlidirlər:

1. İmtahana buraxılış vərəqəsi;

2. Şəxsiyyəti təsdiq edən sənədin əsli (Azərbaycan vətəndaşlarıüçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərüçün Dövlət Miqrasiya Xidmətinin verdiyi icazə vəsiqəsi və yaqaçqın vəsiqəsi);

3. Şəkli olmayan şəxsiyyət vəsiqəsi sahibləri üçün təhsilmüəssisəsinin verdiyi, fotoşəkilli arayış.

İmtahanlarda 9 illik orta təhsil səviyyəsi üzrə 241, 11 illiktəhsil səviyyəsi üzrə isə 159 şagirdin iştirakı gözlənilir. Bununlayanaşı, 75 şagird yalnız Azərbaycan dili fənnindən imtahan verəcək.İmtahanda sağlamlıq imkanları məhdud olan 3 şagirdin də iştirakıüçün xüsusi zal və fərdi nəzarətçilər ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
az.trend.az

1Mənbələr