Arnştadt şəhərinin (Almaniya, Türingiya) uçuş-enmə zolağında peyda olan kirpi yerli hava limanının işini yarım saat ərzində iflic edib.
Publika.az xəbər verir ki, bu barədə "Bild" yazıb.
Həmkarları ilə Hessen Hava Festivalına uçmağa hazırlaşan pilot Dierbax, "kirpi uçuş-enmə zolağında səylə yemək axtarırdı və bizim təyyarəyə yol vermək istəmədi. Uçuş üçün hər şey hazır idi, lakin yavaş hərəkət edən heyvana görə gecikməli olduq", - deyə açıqlamasında bildirib.