AZ

Haland “Real”a keçə bilər – Qvardiola “Mançester Siti”dən ayrılsa

“Mançester Siti” gələn il yenidən qurula bilər. Baş məşqçi Pep Qvardiola müqaviləsini uzatmasa, komandanı tərk edəcək.Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “şəhərlilər”in tərkibi də dəyişə bilər. Belə ki, komandanın aparıcı oyunçusu Erlinq Haland başqa kluba keçə bilər. O, “Real”da oynamaq istəyir.Madrid klubu bir şərtlə – Vinisius Junior-Rodriqo cütlüyündən biri komandanı tərk edərsə, norveçli forvardla müqavilə imzalaya bilər. “Kral klubu” artıq hücumlarını cinahda Kilian Mbappe və öndə Halandla təsəvvür edir.Daha əvvəl Halandın atası 24 yaşlı futbolçunun bütün yüksək liqalarda oynamaq istəyindən danışmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
komanda.az

2Mənbələr