AZ

Türkiyədən Rusiyaya gələn təyyarə ilə bağlı dəhşətli kadrlar yayıldı

Sərnişin təyyarəsinin pilotları Qroznıda (Çeçenistan, Rusiya) tikilməkdə olan uçuş-enmə zolağına eniş etmək istəyiblər.

Oxu.Az aif.ru-ya istinadən xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Təyyarə həmin vaxt sahədə işləyən üç ekskavator və bir minik avtomobili ilə toqquşmaq təhlükəsi ilə üzləşib. O ikinci cəhddən sonra düzgün zolağa enməyi bacarıb.

Hava gəmisinin Türkiyədən gəldiyi və "Utair" şirkətinə məxsus olduğu bildirilib.

Lakin sonradan şirkət məlumatı təkzib edib. Bildirilib ki, bu, iyunun 24-də baş vermiş hadisədir və həmin vaxt pilotlar güclü küləyə görə manevr ediblər.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
7
oxu.az

8Mənbələr