AZ

Arxeoloqlar firon II Ramzesin qılıncını tapdı


Misir arxeoloqları ölkənin şimalındakı Əl-Buheyra əyalətində qazıntılar zamanı firon II Ramzesin qılıncını tapıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Misirin arxeoloji missiyası Yeni Krallıq dövrünə aid hərbi kazarma, silah və ərzaq anbarlarından bir sıra memarlıq blokları aşkar edib. Həmçinin çox sayda arxeoloji tapıntılar və əsgərlərin şəxsi alətləri aşkar edib.
Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi Məhəmməd İsmayıl Xalid bildirib ki, tapıntı qədim zamanlarda Misir ordusunun yerləşdiyi yerlərdən biri hesab edilən Abqayn qalasının tarixi və arxeoloji əhəmiyyətini təsdiqləyir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
yeniavaz.com

1Mənbələr