AZ

Corcia Meloni: "Ukraynanı taleyin ümidinə buraxaraq sülhə əldə etməyəcəyik"

"Avropa Ukraynaya kömək etməklə döyüş meydanında durğunluğun yaranmasına töhfə verib". 

Qaynarinfo xəbər verir ki, bunu İtaliyanın baş naziri Corcia Meloni Beynəlxalq Çernobbio Forumunda deyib.

Onun fikrincə, durğunluq vəziyyəti nizamlanma üzrə danışıqlara başlamaq üçün şərt ola bilər:

"Durğunluq vəziyyəti yaranıb və Avropa buna töhfə verib. Sülh danışıqları işğal mərhələsində başlamır, amma baş verərsə, durğunluq vəziyyəti onları buna doğru sövq edir".

Meloni əlavə edib ki, İtaliya Ukraynaya dəstəyini davam etdirəcək. "Biz Ukraynanı taleyin ümidinə buraxmaqla sülh əldə etməyəcəyik", deyə İtaliyanın baş naziri bildirib.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
qaynarinfo.az

1Mənbələr