AZ

Nizam Osmanovun vəzifəsi bu generala tapşırılıb

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Eldəniz Yəhyayevə həvalə olunub.Bu barədə "Qafqazinfo" məlumat verib.

Eldəniz Yəhyayev general rütbəsini iki il öncə alıb. O, daha öncə Maddi-Texniki Təminat Baş İdarəsində Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
14
anews.az

10Mənbələr