AZ

Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin ŞƏRHİ

Prezident İlham Əliyev İtaliyada işgüzar səfərdə olarkən Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını da cavablandırıb, Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib.

“Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”, - deyə dövlətimizin başçısı bildirib.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Modern.az-a verdiyi şərhdə bildirib ki, Ukrayna ilə Rusiya vasitəçilik üçün xahiş etsə, Azərbaycan hər cür şərait yarada bilər:

"Prezidentin İtaliyada səfəri zamanı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı çıxşını xoşniyyət kimi qəbul etmək lazımdır. Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə sıx əlaqədədir. Buna görə də əlbəttə ki, Ukrayna ilə Rusiya vasitəçilik üçün xahiş etsə, Azərbaycan hər cür şərait yarada bilər. İlk növbədə Rusiya ilə Ukrayna qərar qəbul etməlidir. Yenə deyirəm ki, onlar aralarında vasitəçi olmağımızı xahiş etsələr, təbii ki, Azərbaycan bunu qəbul edəcək və əməkdaşlıq quracaq. Ölkələr özləri qərar verməlidirlər. Adətən ABŞ-ın, Avropa İttifaqının vasitəçi olması istənilir. Amma Rusiyanın ABŞ-la Avropa İttifaqının vasitəçi olmasını istəyəcəyinə inanmıram. Çünki onların Qərblə o qədər də araları yoxdur".

Elmar Məmmədyarov onu da vurğulayıb ki, ümumiyyətlə, bu yaxınlarda sözügedən istiqamətdə hansısa irəliləyiş olmasını gözləmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
modern.az

10Mənbələr