AZ

"Ərzaq qiymətləri daha çox artacaq" — Bu tarixdən

Azərbaycanda son zamanlar ərzaq məhsullarının qiymətlərinin bahalaşmasının  əsas səbəblərindən biri dizel yanacağının birdən birə 25% artmasıdır.  Toyuq sahəsinə, toyuqçuluğa da bu aiddir.  

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki,  yemin yığılması, gətirilməsi, satılması, daşınması, toyuq ətinin mağazalara daşınması hamısı dizel yanacağına bağlıdır:

“Bu maya dəyərinı çox ciddi təsir edən amildir. Nəticə etibarilə bazarda maya dəyərindən artıq olan kimi toyuq məhsullarının qiymətində də artım müşahidə olundu. Təəssüf ki,  bu durum bütün ərzaq məhsullarının, kənd təsərrüfatı məhsullarına getdikcə daha çox şamil olacaq. 

Çox təəssüf ki, noyabr, dekabr aylarında, yeni il qabağı qiymət artımının çox böyük dalğalarını da görəcəyik. Bu aylarda ərzaq qiymətləri indikindən daha çox artacaq”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
demokrat.az

1Mənbələr