AZ

Ermənistanın təhlükəli oyunu

Yazını böyüt
Yazını kiçilt

Ermənistan sürətlə silahlanır. Hərbi büdcəsini 50 faizə yaxın artırıb, həmçinin Fransa, ABŞ və Hindistandan ölümcül silahlar əldə edir. Təbii ki, silahlanma prosesinin geniş vüsət alması, ermənilərin revanşist və başqasının malına göz dikmək kimi xüsusiyyətlərini yenidən qabardıb. Bu, özünü ardıcıl olaraq sərhəddə atəşkəsin pozulması, həmçinin erməni siyasilərin sərsəm bəyanatlarında büruzə verməkdədir. İndi də erməni baş nazir Nikol Paşinyan Azərbaycanın Avropa dövlətlərindən silah alışını Fransanın Ermənistanı silahlandırması ilə müqayisə etməyə cəhd göstərir. Onun arqumentləri elə özünün söylədikləri fikirlərlə mənasızlaşır. Qeyd edək ki, Azərbaycanın Avropa dövlətləri ilə hərbi əməkdaşlığında əsas istiqamət hücumdan daha çox müdafiə təyinatlı silahların alınması üzərində qurulur. Fransanın Ermənistana verdikləri isə daha çox hücum silahlarıdır.

Politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, Ermənstanın silahlanması sülhə xidmət etmir. Bununla yanaşı, Ermənistanın Azərbaycanı silah aldığına görə ittihamlaması özü absurddur: "Əgər qarşında işğalçı, separatçı dövlət varsa, öz təhlükəsizliyini təmin etmək üçün mütləq tədbirlər görməlisən. Müharibə bir daha göstərdi ki, Azərbaycan öz ərazilərini işğaldan azad edərkən əsgəri bir qarış da olsa, Ermənistan ərazisinə daxil olmayıb. Azərbaycanın məqsədi öz torpaqlarını işğaldan azad etmək idi və etdi. Ermənistan sülhə imza atmalıdır, nəinki silahlanmaq”.

Ekspert qeyd edir ki, Azərbaycan nəqliyyat xarakterli təyyarələr, Ermənistan isə öldürücü silahlar alır.

“Ermənistanın ABŞ və Fransa tərəfindən silahlandırılması, verilən maliyyə dəstəyi bu ölkənin hərbi eskalasiyada maraqlı olduğunu göstərir və regionda gündəmi dəyişməyə çalışır. Maraqlı qüvvələr Azərbaycana şərtlər diktə etməyə çalışırlar. Azərbaycan qalib tərəfdir və heç bir ölkənin ərazilərini işğal etməyib. Ermənistan tərəfinin silahlandırılması, bu ölkədə revanşist qrupların qalması növbəti mərhələdə bölgədə hərbi gərginliyin yaradılması ehtiamalını artırır. İşğalçı Azərbaycana qarşı yenidən təcavüzkar siyasət həyata keçirə bilər. Ümumiyyətlə, məğlub olan və hələ də sülh müqaviləsinə imza atmayan, torpaq iddiasından əl çəkməyən ölkənin silahlanmasına imkan verilməməli, hətta aldığı silahlara ciddi nəzarət edilməlidir. Göründüyü kimi, Hindisatan, Fransa Amerika təlimatçıları Ermənistanın silahlanmasınada maraqldır. Burada hədəf Rusiya olsa da, hələ sülh müqaviləsi bağlanmadığına görə, Ermənistanın əlinə silah vermək olmaz”.

Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Ermənistanın Laçın, Naxçıvan istiqamətlərində yeni hücum silahları yerləşdirməsi vəziyyəti gərşinləşdirir:

“Paşinyanın səsləndiridiyi son bəyanatlar qətiyyətlə regionda sabitliyin əldə olunmasına xidmət etmir. Əksinə, bu bəyanatlar 2020-ci il sentyabrın 10-a qədər olan bəyanatlar kimi Azərbaycanın səbir kasasını daşdırmağa yönəlib”.

Ə.Verdiyev hesab edir ki, Ermənistan baş nazirinin Azərbaycanın hərbi xərcləri ilə bağlı irəli sürdüyü rəqəmlər qətiyyətlə həqiqəti əks etdirmir. Onun sözlərinə görə, istənilən şəxs Azərbaycanın ümumi dövlət gəlirləri ilə müdafiə xərclərini üzləşdirib Paşinyanın nə qədər yanlış olduğunu görə bilər.

“Ermənistan işğalçı tərəfdir. Azərbaycan isə işğala məruz qalan ölkə kimi öz ərazilərini azad edib. Yalnız hələ də dörd kəndimiz erməni işğalında qalmaqda davam edir. Belə olan halda işğalçı və məğlub Ermənistanın silahlandırılmasını və onun hərbi səviyyəsini qalib Azərbaycan ilə müqayisə etmək sağlam məntiqdən kənardır”.
Hərbi ekspert qeyd edir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, gündəmə yeni mövzular daxil etməyə çalışır.
“Son üç ildə belə tendensiyaları dəfələrlə izləmişik. Ermənistanın gündəmə gətirdiyi qoşunların geri çəkilməsi və sair kimi çox sayda tezislərin heç biri Azərbaycan tərəfindən müzakrə belə edilməyib. Bütün bunlar göstərir ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır, konstitusiya dəyişikliklərini üç il sonra müzakirəyə gətirəcəyini bildirir, Avropa missiyasını Azərbaycan sərhədlərində yerləşdirir və paralel olaraq sürətli şəkildə ABŞ, Fransa, Hindistan təərfindən silahlandırılır. Azərbaycan sərhədlərində - Laçın, Naxçıvan istiqamətində Ermənistanın yeni hücum silahları yerləşdirməsi isə vəziyyəti gərşinləşdirir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
hafta.az

1Mənbələr