AZ

Rusiya bu qadağanı daha 6 ay uzatdı

Rusiya Mərkəzi Bankı nağd şəkildə xarici valyutanın çıxarılmasına qoyulan məhdudiyyəti daha 6 ay uzadıb.

“Cebheinfo.az” “Kommersant” qəzetinə istinadən  xəbərə verir ki, qadağanın tətbiqi 2025-ci il martın 9-dək qüvvədə olacaq.

Rusiya Bankının RBC-nin istinad etdiyi maliyyə bazarı riskləri hesabatına görə, avqust ayında xalis valyuta alışları 98,1 milyard rubl olaraq qeydə alınıb. Bu artıma baxmayaraq, əvvəlki aylarda valyuta alışının həcmi ilə müqayisədə pik həddə çatmayıb. Məsələn, iyunda bu rəqəm 100,2 milyard rubl təşkil edib.

Rusiya Mərkəzi Bankı da avqust ayında rublun ucuzlaşmasına diqqət çəkib. Yuan qarşısında 1,8 faiz, dollar qarşısında isə 5,6 faiz dəyər itirən rubla bazarların ticarət strukturunun dəyişməsi, sanksiyalara görə bəzi iştirakçıların birjadankənar əməliyyatlarda fəallaşması kimi amillər təsir edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
cebheinfo.az

1Mənbələr