AZ

Cennifer boşandığı ərinin film təqdimatına gəldi

Toronto Beynəlxalq Film Festivalında 52 yaşlı Ben Afflekin prodüseri olduğu “Untamed” filminin premyerası olub. 

OLAY yazır ki, aktyorun özü tədbirdə görünməsə də, keçmiş həyat yoldaşı Cennifer Lopez qırmızı xalı mərasiminə qatılıb. 

55 yaşlı Cennifer görünüşü ilə görənləri təəccübləndirib. 

Beləki pop ulduz üzərinə diskoteka “top”undan ilhamlanmış, yanları açıq, qara bantlarla bəzədilmiş gümüşü rəngdə “Tamara Ralph”a məxsus libas geyinib.

Sosial şəbəkə əhli Lopezin cəsarətli geyiminə “intiqam paltarı” ləqəbini verib.

Qeyd edək ki, Cennifer Lopez avqustun sonunda Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
olay.az

1Mənbələr