AZ

"Mahir Emreli bizim üçün dəyərli ola biləcək oyunçulardandır"

"Nürnberq"in idman direktoru Coti Çatsialeksiu klubun mətbuat xidmətinə müsahibə verib.

Sportal.az xəbər verir ki, klub rəsmisi zədəsini sağaldan Mahir Emreli haqda danışıb. O, azərbaycanlı hücumçunun komanda üçün dəyərli oyunçu olduğunu bildirib:

"Benni Qolleri yenidən meydanda görməkdən çox şadam. Mahir Emreli də artıq formaya düşür. Onlar komandaya dəyişkənlik və dərinlik verə bilirlər və bizim üçün dəyərli ola biləcək oyunçulardır. Yannik Hofmann, Enriko Valentini və Canni Serranın da vəziyyəti son vaxtlar daha yaxşı görünürdü".

Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı forvard zədəli olduğu üçün Almaniya təmsilçisinin heyətində debüt edə bilməyib.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
sportal.az

2Mənbələr