AZ

Yapon alimləri insanın qan qrupu ilə bağlı araşdırma aparıblar 

Yapon alimləri araşdırma apararaq, insanın qan qrupu ilə həyatda uğurları arasında əlaqəni aşkar ediblər.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, şənbə günü, sentyabrın 7-də məlum olub.

 

Tədqiqatçılar sübut ediblər ki, ikinci qrupa daxil olan insanlar yüksək məsuliyyət, zəhmət və əzmkarlıq sayəsində uğur qazanmağa daha çox meyllidirlər. Birinci qrup sahibləri çox vaxt əzmkarlıq və daxili inam sayəsində hakim vəzifələr tuturlar.

 

Alimlər həmçinin hesab edirlər ki, üçüncü qrupa aid olan insanlar yaradıcılıq qabiliyyətlərinə malikdirlər, lakin tez-tez ziddiyyətli və eqoistdirlər, dördüncü qrupda olanlar isə bədii və natiqlik qabiliyyətinə malik olduqları üçün yaradıcı peşələrdə uğur qazana bilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azedu.az

1Mənbələr