AZ

Roke "Barselona"dakı uğursuz dönəmindən danışıb

"Betis"in hücumçusu Vitor Roke "Barselona"da uğursuz çıxış dövründən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sport" nəşri Rokenin dediklərini belə çatdırıb:

“Barselona"? Bu mənim üçün bir az çətin oldu. Bəzi şanslarım oldu, amma gözlədiyim qədər olmadı. İndi bütün diqqətimi "Betis"ə yönəltmişəm və yenidən millinin formasını geyinmək fürsətinə görə Allaha minnətdaram."

19 yaşlı Vitor “Betis”lə La Liqada cəmi 33 dəqiqə oynamağı bacarıb və bu müddət ərzində bir dənə də olsun effektiv hərəkətə imza atmayıb.

Yada salaq ki, yayda braziliyalı "Betis"ə icarə əsasında keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
90deqiqe.az

1Mənbələr