AZ

MN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bu general rəis təyin olundu

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.

Yenicag.az “Report”a istinadəb xəbər verir ki, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin “Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
15
yenicag.az

10Mənbələr