AZ

Tehranın növbəti Zəngəzur sərsəmliyi

Zəngzur dəhlizində geosiyasi proseslərlə bağlı məsələlər region ölkələrinin maraqlarına cavab vermir və İran da bu məsələnin qəti əleyhinədir.

Ölkə.Az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Rusiya və Azərbaycan prezidentlərinin Vladimir Putin və İlham Əliyevin görüşündəki Zəngəzur dəhlizi ilə bağlı son mövqeyini şərh edərkən deyib.

“Xəbərdarlıq edirik ki, bu cür qərarların nəticələri ağır olacaq. İran sağlam düşüncəni rəhbər tutaraq heç vaxt bölgədə gərginlik yaratmağa çalışmır. Digər tərəfdən, ərazi bütövlüyünə təhlükə yaranarsa, ölkənin özünü müdafiə edəcək.

Biz müxtəlif formalarda region ölkələrinə dəfələrlə bildirmişik ki, bu dəhliz İranın qırmızı xətti hesab olunur və orada hər hansı dəyişiklik və addım İran tərəfinin ciddi və qəti reaksiyası ilə qarşılaçacaq” - Əzizi deyib. 

İranın Ermənistandakı səfiri Mehdi Sobhani sentyabrın 6-da jurnalistlərə Zəngəzur dəhlizi ilə bağlı Tehranın mövqeyini növbəri dəfə açıqlayaraq deyib ki, Zəngəzur dəhlizi ilə bağlı arzular heç vaxt reallığa çevrilməyəcək. 

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
41
olke.az

10Mənbələr