AZ

Bakıda dələduzluq edən dörd nəfər saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda bir neçə nəfərə qarşı dələduzluq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı vaxtlarda iki nəfəri aldadan şəxslərin öz hesablarına 2900 və 5500 manat pul ödətdirməsi, bir nəfərin aldadılaraq hesabından 210 manatının çıxarılması, digərinin isə eyni üsulla 500 manatının alınması barədə polisə məlumatlar daxil olub.
Yasamal və Nəsimi rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı E.Niftəliyev, 32 yaşlı E.Həsənov, 46 yaşlı L.Vəliyeva və 32 yaşlı N.Mustafayeva müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
4
oxu.az

10Mənbələr