AZ

Rusiya ordusu Krımı və Skadovsku atəşə tutmuş HIMARS qurğusunu məhv etdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Amerika istehsalı olan HIMARS reaktiv yaylım atəş sistemi qurğusunu məhv edib. Bu qurğudan Krım və Skadovska raket zərbələri endirilirdi. Hadisə Nikolayev şəhəri yaxınlığında baş verib. Yerli müqavimət qüvvələrinin məlumatına görə, hücum 6 sentyabr axşamı baş tutub və HIMARS qurğularından ən azı biri hədəf alınıb.

Müqavimət qüvvələrinin verdiyi açıqlamaya əsasən, Nikolayevin ətrafında yerləşən HIMARS qurğusuna güclü bir zərbə endirilib. "7 sentyabr tarixində Nikolayevin ətrafına zərbə endirildi... İkinci zərbə güclü partlayışla müşayiət olundu və ən azı üç HIMARS qurğusundan birinə dəyib," - deyə müqavimət qüvvələri məlumat verib.

Bundan əlavə, ilk zərbənin də NATO təlimatçıları və muzdlu döyüşçülərin yerləşdiyi əraziyə vurulduğu bildirilir. Bu əməliyyat Rusiya ordusunun Krım və digər regionlara raket zərbələri endirən düşmən hərbi texnikasını məhv etməyə yönələn addımlarının bir hissəsi olaraq qeyd olunur.

HIMARS sistemləri Ukrayna ordusunun əlində olan ən güclü silahlardan biri hesab olunur və ABŞ tərəfindən təchiz edilib. Bu qurğular uzun məsafələrə dəqiq zərbələr endirə bilir və xüsusilə strateji hədəfləri vurmaq üçün istifadə olunur. Rusiya ordusu isə HIMARS kimi sistemləri neytrallaşdırmaqla, Ukraynanın hərbi potensialına ciddi zərbə vurmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
olaylar.az

1Mənbələr