AZ

“İtalyanlar daha yaxşı oynadı” - Qrizmann

Fransa millisinin hücumçusu Antuan Qrizmann komandasının İtaliya komandası ilə Millətlər Liqası matçında məğlubiyyətindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, hücumçu Fransa yığmasının pressinqdə çox zəif olduğunu, müdafiədə qəribə səhvlərə yol verdiyini qeyd edib.

"Komandamız səhvlərimiz üzərində çox çalışmalı və bu matça taktiki baxımdan diqqətlə baxmalıdır".

Xatırladaq ki, Didye Deşamın rəhbərlik etdiyi Fransa yığması evdə “Skuadra Adzurra”ya 1:3 hesabı ilə uduzub. Fransa millisinin yeganə qolunu Bredli Barkola vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
90deqiqe.az

1Mənbələr