AZ

İran prezidenti Rusiyada Putinlə görüşəcək

İran prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitinə qatılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a açıqlayıb. 

Səfirin sözlərinə görə, İran liderinin Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır: "Bəli, düşünürəm ki, o, Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. İndi biz həmin səfərin hazırlanması ilə məşğuluq ki, bu, ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olsun". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
unikal.az

10Mənbələr