AZ

"İran Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərib" - ABŞ nəşri

İran Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərib.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin "Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İranın Rusiyaya qısa mənzilli ballistik raketlər göndərməsi Moskvaya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün daha güclü hərbi imkanlar yaradacaq.

Bildirilib ki, İran Qərbin Moskvaya bu silahları verməməsi ilə bağlı sərt xəbərdarlıqlarından sonra belə bir addım atıb.

Avropa rəsmiləri bildiriblər ki, Vaşinqton son iki gündə öz müttəfiqlərini İranın bu addımı barədə məlumatlandırıb.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
47
azpolitika.info

10Mənbələr